«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

Выборы председателя СМО

Hörmətli tələbələr,

İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin!

TGT sədrliyinə namizədlər üçün tələblər:

ATGTİ-yə üzv olan təhsil müəssisələrindən birində tələbə statusu daşımalıdır;
Təhsilinin sonuncu ilində olmamalıdır;
Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.

TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
Namizədin CV-si;
Tərcümeyi-hal;

Motivasiya məktubu;

Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

Qeydiyyat linki: https://forms.gle/iyvrFRu9kan1KNt48

Son müraciət tarixi: 16.10. 2022 23:59