Выборы председателя СМО
17.02.2022Əziz tələbələr,
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir.
Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsənizsə, müraciət edin!
TGT sədrliyinə namizədlər üçün tələblər:
ATGTİ-yə üzv olan təhsil müəssisələrindən birində tələbə statusu daşımalıdır;
Təhsilinin sonuncu ilində olmamalıdır;
Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə
malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır.
TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:
Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
Namizədin CV-si;
Tərcümeyi-hal;
Motivasiya məktubu;
Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.
Qeydiyyat linki: https://forms.gle/xeGVHBca4MVtLTfGA
Son müraciət tarixi: 24.02.2022 18:00