«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

HÖRMƏTLİ HƏKİMLƏR VƏ REZİDENTLƏR!

Sizi 22 dekabr 2018-ci il tarixində Rusiya Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında keçiriləcək “MÜASİR ŞÜA DİAQNOSTİKASININ AKTUAL MƏSƏLƏLƏRİ”mövzusunda  elmi - praktiki konfransında iştirak etməyə dəvət edirik. Кonfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub.


  • Konfransın tarixi: 22 dekabr 2018-ci il.
  • Saat: 09:30-dan 20:00-dək.
  • Ünvan:Bakı ş.,Hüseyn Cavid prospekti 139.
  • Kredit balı: 8.
  • Yerlərin sayi: 100.
  • Konfransın işçi dilləri: azərbaycan, rus.
  • Ödəniş: pulsuz.
  • Əlaqə nömrələr: +994 12 599 08 10, +994 50 205 80 58
  • E-mail: info@mma.edu.az         
  • Konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
  •  

Konfransın proqramı:

  1. 09:30 - 10:00 – Qeydiyyat.
  2. 10:00 - 10:15 – İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyevin açılış nitqi.
  3. 10:15 - 11:15 - "Kardiologiyada MRT" - Yauza Klinik hospitalının şüa diaqnostikası şöbəsinin müdiri Silin Anton Yuryeviç.
  4. 11:15 - 12:45 - "Ağciyər xərçənginin skriningindəaşağıdozalı KT diaqnostikanın imkanları" - Yauza Klinik hospitalının həkim – radioloqu Meşeryakov Andrey İvanoviç.
  5. 12:45 - 13:45 - "KT- nın ağciyər xərçənginin diaqnostikasında rolu " - Milli Onkologiya Mərkəzinin həkim – radioloqu  Sariyev Sadi Akif oğlu.
  6. 13:45 - 15:00 - kofe-breyk
  7. 15:00 - 16:30 -  "KT - kolonografiya " - Yauza Klinik hospitalının həkim – radioloqu Meşeryakov Andrey İvanoviç.
  8. 16:30 -17:00-"Koronar aterosklerozun diaqnostikasında koronar CT angioqrafiyasının rolu" - ATU-nun şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova Cahangir qızı.
  9. 17:00 - 18:30 - "Ağciyər qovşaqlarının menecmenti" - Yauza Klinik hospitalının həkim – radioloqu Meşeryakov Andrey İvanoviç.

10.  18:30 - 20:00 -  Kliniki halların müzakirəsi.


“MÜASİR ŞÜA DİAQNOSTİKASININ AKTUAL MƏSƏLƏLƏRİ” elmi - praktiki konfransında iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurub göndərməyiniz xahiş edilir:

https://sechenov.edu.az/?smode=registern&fbclid=IwAR14hkkyXwz7y0MjaY-4QtdwjWKkeAIYXtzacmKvuW1qxPKr4k3wD-QIfG4%3E