«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

“AZƏRBAYCAN RESPUBLİKASINDA İCBARİ TİBBİ SIĞORTANIN TƏTBİQİNİN AKTUAL MƏSƏLƏLƏRİ” ADLI TƏKMİLLƏŞDİRMƏ PROQRAMI

2020-ci ilin aprel ayında Rusiya Səhiyyə Nazirliyi  İ.M.Seçenov adına Birinci MDTU-nun (Seçenov Universiteti) Bakı filialında dövlət hesabına  “Azərbaycan Respublikasinda  Icbari  Tibbi Siğortanın Tətbiqinin Aktual Məsələləri” adlı təkmilləşdirmə proqramı  tədris olunacaqdır (144s.). Proqramın tədrisində   Rusiya Səhiyyə Nazirliyi İ.M.Seçenov adına Birinci MDTU-nun Səhiyyənin Ali İdarəetmə   Məktəbinin və Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisləri iştirak edəcəklər.

         Kursun proqramı tibbi təşkilatların fəaliyyətlərinə həsr olunmuş seminarların, mühazirələrin və dəyirmi masaların  keçirilməsini nəzərdə tutur.

         Proqramın yekununda təkmilləşdirmə kursunun bitirilməsi haqqında sertifikat təqdim olunacaqdır.

         Seçimlər müsabiqə əsasında aparılacaqdır.

         Dərslər rus dilində aparılacaqdır.

         Sənədlərin   qəbulu  Bakı ş., H.Cavid prospekti 139  ünvanda aparılır.

         Qəbul saatları:  09:00 - 17:00 (bazar və bayram günləri istisna olmaqla).

         Sənədlərin qəbul müddəti: 17.02.2020  – 17.03.2020.


Tələb olunan sənədlərin siyahısı:

 

1.     ərizə;

2.     şəxsiyyət vəsiqəsinin surəti;

3.     ali təhsil haqqında diplomun surəti;

4.     elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa) ;

5.     əmək kitabçasının surəti (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı);

6.     kadrlar uçotunun şəxsi vərəqəsi (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı);

7.     xasiyyətnamə;

8.     tərcümeyi-hal;

9.     peşəkar yenidənhazırlanma, ixtisasartırma kurslarının və s. bitirilməsi haqqında sertifikatlar və diplomlar.


Əlaqə nömrələri : +994 12 599-08-10, +994 51 225-77-31.


E-mail: info@mma.edu.az