Sağlamlıq Universiteti çərçivəsində Qadın sağlamlığına həsr olunmuş onlayn seminar
30 oktyabr 2021-ci il tarixində Sağlamlıq Universiteti çərçivəsində, onlayn formatda növbəti seminar keçirilmişdir. Seminarda respublikanın müxtəlif bölgələrindən 250-dən çox nümayəndə və müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.
Seminarda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) “Mamalıq və ginekologiya” şöbəsinin müdiri, professor, həkim-ginekoloq Mahalov İslam Şərif oğlu “XXI əsrdə hamiləlik, doğuş, problemlər, fəsadlar: 10 fakt” mövzusunda və Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri vəzifəsini icra edən, cərrah-mammoloq Qəribov Cavid Qələndər oğlu “Süd vəzinin şişləri, ilkin diaqnostika və profilaktika” mövzunda mühazirə ilə çıxış etmişlər. Seminarın sonunda məruzəçilər verilən sualları cavablandırmışlar.
Seminarın yazısı ilə aşağıdakı istinadda tanış olmaq mümkündür: