Sağlamlıq Universiteti çərçivəsində
“COVİD-19. Yeni koronavirus infeksiyası” mövzusunda online seminar
22 iyul 2021-ci il tarixində Sağlamlıq Universiteti çərçivəsində online formatda növbəti seminar keçirilmişdir. Seminarda respublikanın müxtəlif bölgələrindən 350-dən çox nümayəndə və müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.
Seminarda Bakı Sağlamlıq Mərkəzinin baş həkiminin kliniki tibbi xidmət üzrə müavini Quliyeva Nuranə “COVİD-19. Yeni koronavirus infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda və ATU-nun Psixiatriya kafedrasının assistenti, t.ü.f.d., Məmmədzadə Gülay “COVİD-19 pandemiyasının əhalinin psixoloji sağlamlığına təsiri” mövzunda mühazirə ilə çıxış etmişlər. Seminarın sonunda məruzəçilər verilən sualları cavablandırmışlar.
Seminarın yazısı ilə aşağıdakı istinadda tanış olmaq mümkündür: