Sağlamlıq Universiteti çərçivəsində Ümumdünya Ürək Gününə həsr olunmuş onlayn seminar
25 sentyabr 2021-ci il tarixində Sağlamlıq Universiteti çərçivəsində online formatda növbəti seminar keçirilmişdir. Seminarda respublikanın müxtəlif bölgələrindən 500-dən çox nümayəndə və müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.
Seminarda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) fakültə terapiyası kafedrasının dosenti, t.ü.f.d., həkim-kardioloq Anton Vladimiroviç Rodionov “Ürəyin və qan damarlarının sağlamlığı” mövzusunda və Bakı Sağlamlıq Mərkəzinin Ürək Mərkəzinin rəhbəri, t.ü.f.d., həkim-kardioloq Əliyev Fərid “Bağırsaq mikroflorasının ürək-damar xəstəliklərinə təsiri. Nələri dəyişdirə bilərik?” mövzunda mühazirə ilə çıxış etmişlər. Seminarın sonunda məruzəçilər verilən sualları cavablandırmışlar.
Seminarın yazısı ilə aşağıdakı istinadda tanış olmaq mümkündür: