«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

Просьба всем студентам внимательно ознакомится с нижеследующими правилами и следовать им при нахождении в здании филиала и в учебных классах на клинических базах филиала!

В соответствии со специальными карантинными правилами, утвержденными Кабинетом Министров Азербайджана от 10 сентября 2020-го года, в период особого карантинного режима на территории Азербайджанской Республики с целью предупреждения распространения коронавирусной инфекции COVID-19 во время проведения занятий в Бакинском Филиале ФГАОУ ВО Первого МГМУ им.И.М.Сеченова Минздрава России (Сеченовский университет) всем студентам предписывается строго соблюдать нижеследующие правила.

 

XÜSUSİ KARANTİN REJİMİ DÖVRÜNDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT GÖSTƏRƏN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏDRİS VƏ TƏLİM-TƏRBİYƏ PROSESİNİN TƏŞKİLİNİN MÜVƏQQƏTİ

QAYDALARI

TƏHSİLALANLARA DAİR TƏLƏBLƏR:

1. Təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir;

2. Şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir;

3. Dərs (məşğələ) müddətində təhsilalan onun üçün müəyyənləşdirilmiş yerdə oturur;

4. Təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur;

5. Təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;

6. Dərs (məşğələ) müddətində təhsilalanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), dərhal yaşadığı yerə göndərilməli (təhsilalanın valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir. Xəstəlik şübhəsi olan təhsilalan valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilənədək, izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirilir;

7. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, təhsilalanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.

 

 

ŞƏXSİ GİGİYENAYA DAİR TƏLƏBLƏR:

1. Təhsil prosesinin iştirakçıları mütəmadi olaraq, o cümlədən sanitariya qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.

2. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:

2.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;

2.2. əllər, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;

2.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;

2.4. əllər axar suyun altında mükəmməl durulanmalı;

2.5. əllər təmiz salfetlərlə qurulanmalı;

2.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.

3. Tibbi maskalardan ümumi istifadə qaydaları:

3.1. maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;

3.2. istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə əllə toxunmaq olmaz;

3.3. maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir (maskanın ön hissəsinə toxunmadan, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

3.4. maskanı çıxardıqdan sonra əllər spirt tərkibli dezinfektantla təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

3.5. maskanın hər iki saatdan bir, çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

3.6. birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol verilmir;

3.7. birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

4. Öskürək və ya respirator xəstəlik zamanı şəxsi gigiyenaya aşağıdakı qaydada əməl edilməlidir:

4.1. öskürəndə və asqıranda ağız kağız salfetlə bağlanmalı və istifadə olunmuş salfet ağzı bağlı zibil qabına atılmalıdır;

4.2. respirator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;

4.3. respirator simptomları olan şəxslər tibbi maskalardan istifadə etməli və sosial məsafə qaydalarına riayət etməlidirlər (1,5 metr).