«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!!

Seçenov Universitetinə daxil olanların sənədlərinin distant qəbulu ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq, bildiririk ki sənədlərinin qəbulu 19 avqust 2021 -ci il tarixinə qədər uzadılıb. Qəbul imtahanları (rus dili və kimya) 2021 -ci il avqustun 20 -də keçiriləcək. İmtahan nəticələri 21 avqust 2021 -ci ildə açıqlanacaq.

Dövlət sifarişi ilə qəbul: tam orta təhsilli Azərbaycan Respublikası vətəndaşları iştirak edir. IV qrup üzrə DİM -in buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən 400 və daha çox bal toplayan abituriyentlər universitetin keçirdiyi qəbul imtahanlarında iştirak edə biləcəklər.

Ödənişli əsaslarla qəbul: tam orta təhsilli Azərbaycan Respublikası vətəndaşları iştirak edir. IV qrup üzrə DİM-in buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən 350-400 bal toplayan abituriyentlər universitetin keçirdiyi qəbul imtahanlarında iştirak edə biləcəklər.