«Чтобы развиваться и расти необходимо держаться своих корней»

Бакинский филиал Первого Московского государственного медицинского университета имени И.М. Сеченова

Seçenov Universiteti Bakı filialında “Regional anesteziyadan seçilmiş suallar” və “Ultrasəs naviqasiyanın köməyi ilə mərkəzi venaları kateterizasiyası. Mərkəzi venoz kateterlərə qulluq” mövzularında elmi-praktik təlimi keçiriləcək


Seçenov Universiteti Bakı filialında “Regional anesteziyadan seçilmiş suallar” və “Ultrasəs naviqasiyanın köməyi ilə mərkəzi venaları kateterizasiyası. Mərkəzi venoz kateterlərə qulluq” mövzularında elmi-praktik təlimi keçiriləcək

 

10 və 11 may 2022-ci il tarixlərində 10 Davamlı Tibbi Təhsil akkreditasiya balı ilə  Seçenov Universitetinin Bakı filialı, BBraun şirkətinin Azərbaycan nümayəndəsi və “AzəriMed” QSC dəstəyi ilə “Regional anesteziyadan seçilmiş suallar” və “Ultrasəs naviqasiyanın köməyi ilə mərkəzi venaları kateterizasiyası. Mərkəzi venoz kateterlərə qulluq” mövzularında 2 günlük əyani formatda elmi-praktik təlimi keçiriləcək.

Təlimdə anestezioloq-reanimatoloqlar, cərrahlar, həkim-rezidentlər, anesteziologiya-reanimatologiya ixtisası üzrə həkim-rezidentlər, qəbul şöbələrin həkimləri, təcili yardım həkimlərin iştirakı və eyni zamanda tibb universitetlərin tələbələrinin (5-6 kurs) tədbirin onlayn izlənməsi nəzərdə tutulur.

Əyani iştirak imkanı olmayan dinləyicilərə DTT balsız onlayn dinləmə imkanı təklif olunur:

Parol: 1


Təlimçilər:          


Uvarov Denis Nikolayeviç - t.e.n, dosent, Şimal Dövlət tibb universitetinin anesteziologiya kafedrası, Ağrı sindromlarının müalicəsi şöbəsinin müdiri, “Kəskin və xronik ağrının müalicəsi, anesteziologiya və reanimasiyada müdaxilə metodlar və ultrasəs” kursunun müdiri. Arxangelsk vilayətinin onkoloji dispanser, anesteziologiya və reanimasiya şöbəsi.


Abbasəliyeva Aynur Güldar qızı - Seçenov Universitetinin Bakı Filialı, Tədris-Simulyasiya Mərkəzinin müəllimi, Bona Dea İnternational Hospital anesteziologiya-reanimasiya şöbəsinin həkimi.


1-ci gün mövzuları:

 

  • Epidural sahənin kateterizasiyası: tətbiqi anatomiya, kateterizasiyanın icrası.
  • Spinal və kombinə edilmiş spinal-epidural anesteziya: tətbiqi anatomiya, kateterizasiyanın icrası.
  • Paravertebral blokada və ESP-blok: anatomiya, US-görüntüləmə, icrası. 



2-ci günün mövzuları:

  • Mərkəzi venaların US naviqasiyasının əsasları. US cihazı ilə praktika.
  • US naviqasiyası və anatomik istinad nöqtələri ilə daxili vidacı venanın punksiyası və kateterizasiyası. Punksiya nöqtələrinin təyini.
  • Körpücükaltı venanın anatomik istinad nöqtələri və US naviqasiyası ilə punksiyası. Punksiya nöqtələrinin təyini.
  • Bud venasının anatomik istinad nöqtələri və US naviqasiyası ilə punksiyası. Punksiya nöqtələrinin təyini.
  • MVK qulluq. Təhlükəsizlik qaydaları.